Pilotsuz uçan təyyarəbackend

Türkiyənin Sunexpress aviaşirkətinin təyyarəsi 30 sərnişin və pilotsuz Parisdən İzmirə uçub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Airporthaber” portalı məlumat yayıb.

Portalın məlumatına görə, təyyarə bir gün əvvəl saat 17:00-da Şarl de Qoll hava limanından havaya qalxmalı idi. Lakin o, üç saat saxlanıb. Nəticədə sərnişinlər saat 20:00-dan sonra biliblər ki, təyyarə onlarsız, hətta məlum oldu ki, pilotsuz da havaya qalxıb.

Daşıyıcının nümayəndələri ilə əlaqə saxlamaq cəhdləri heç bir nəticə verməyib, nəticədə 30 sərnişin və aviaşirkətin pilotu reysə minməyib”, – portal yazır.

Təyyarə hazırda İzmirdədir, lakin aviaşirkət ona nə baş verdiyini və niyə belə müəmmalı şəkildə uçduğunu hələlik açıqlamayıb.

Mənbə: mail.ru

Aynur Camal