Onlar insanları valideyn kimi qəbul edir və sahiblərinə necə qulluq etməyi bilirlər.
İnsanlar və pişiklər 9500 ildir yan-yana yaşayırlar! Gəlin görək tüklü dostlarınızı nə qədər yaxşı tanıyırsınız?
Məşhur inancın əksinə olaraq, pişiklər sosial varlıqlardır. Onlar digər heyvanlarla dost olmağı və hətta onlarla əməkdaşlıq etməyi bilirlər. Pişiklərin insanlarla xüsusi münasibəti var. Alimlər bir sıra təcrübələr aparıblar və müəyyən ediblər ki, pişiklər itlər kimi sahiblərinə bağlanırlar. Bəziləri hətta onların bağlılıqlarının valideynlər və körpələr arasındakı əlaqəyə bənzədiyini iddia edirlər.
Pişiklər sahiblərinə necə qulluq etməyi bilirlər. Və sevgilərini ifadə etməyin bir çox yolu var. Mırıldayırlar, başlarını əyirlər, qarınlarını göstərirlər, sahiblərini yalayırlar. Belə anlarda pişiklər özlərini çox rahat hiss edirlər. Onlar bu yollarla sahiblərinə qeyd-şərtsiz güvəndiklərini bütün gücləri ilə göstərməyə çalışırlar.
Mənbə: mail.ru
Aynur Camal