Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Gundem” xəbər verir ki, qəza noyabrın 20-də saat 18 radələrində qeydə alınıb.
Cəlilabad rayon sakini A.Camalov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Balqız Quliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.