PKK-nın Suriyadakı cəbhəsi QSD ABŞ-dan havadan dəstək istəyibbackend

Terror təşkilatının liderlərindən olan Ferhat Abdi Şahin Vaşinqtondan hava hücumundan müdafiə sistemləri gözlədiklərini bildirib. Terrorçu Şahin, “ABŞ bölgədən çəkilsə, Türkiyədən təhdidlər artacaq” deyib.

 Terrorçu Abdi, ABŞ qoşunlarının bölgədən çıxarılması xəbərlərinin artdığı bir vaxtda Vaşinqtondan “hücumların dayandırılması səyləri” ilə bağlı təsdiqlənmiş məlumat aldıqlarını bildirib.

 Deutsche Welle-nin məlumatına görə, ABŞ-ın onlara təminat verdiyini deyən Abdi belə davam edib:

Gələcəkdə geri çəkilmə mümkün olur. Biz Amerika qoşunlarının burada əbədi qalacağını gözləmirik. Bu qeyri-mümkün bir şeydir. Lideri Mazlum Kobani kod adlı Ferhat Abdi Şahin olan terror təşkilatı PKK/SDG ABŞ-dan hava hücumundan müdafiə dəstəyi istəyib.

Suriyada qanlı PKK-nın cəbhəsi kimi tanınan SDQ Türkiyənin effektiv hava əməliyyatlarından sonra panikaya düşüb.

ABŞ-ın DEAŞ terror təşkilatı ilə mübarizədə “müttəfiqi” olaraq gördüyü QSD Vaşinqtondan yardım çağırıb.

“Bizə hava hücumundan müdafiə sistemləri lazımdır”

Verdikləri itkiləri “təhlükəli bir inkişaf” olaraq xarakterizə edən QSD lideri Ferhat Abdi Şahin deyib:

Bizə Suriyanın şimal-şərqində texniki imkanlar və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi lazımdır.

QSD terrorçusu Türkiyə ilə bağlı ehtiyatlarını da dilə gətirib. O bildirib ki, ABŞ regiondan çıxsa, Türkiyədən gələn təhdidləri artıracaq.

Washington Post qəzeti üçün məqalə yazan Abdi, “Biz Amerikanın Suriyadakı ən sadiq müttəfiqiyik. Bizi unutmayın” deyib.

Türkiyənin bir çox SDQ üzvünü zərərsizləşdirdiyini bildirən Abdi narahatlığını ifadə edərək, “Türkiyənin dayandırılması üçün dərhal konkret addımlar atılmalıdır” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal