Poliester fabrikində partlayış oldubackend

Rusiyanın Şahti şəhərində poliester fabrikində baş verən partlayışda 9 işçi xəsarət alıb. Partlayış anı təhlükəsizlik kamerasına düşüb.

Rusiyanın Rostov vilayətinin Şahti şəhərində poliester fabrikində partlayışdan sonra fabrikdə yanğın baş verib. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 58 canlı qüvvəsi və 17 yanğınsöndürmə briqadası göndərilib. Fabrikdə çalışan bir çox işçi özünü çölə atarkən, yanğınsöndürənlər təxminən 2 saatlıq işdən sonra alovu söndürüblər.

Nazirlikdən verilən açıqlamada partlayış zamanı 9 fəhlənin yaralandığı, onlardan 3-nün bədəninin yanıq xəsarətləri aldığı bildirilib. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlasa da, partlayış zamanı fabrikdə neçə işçinin olduğu barədə məlumat verilməyib.

Rusiya mətbuatının məlumatına görə, Rostovun Şahti şəhərində keçən iyun ayında açılan poliester fabrikinə təxminən 5 milyard rubl (60 milyon dollar) investisiya qoyulduğu öyrənilib.

Mənbə: TGRT

Aynur Camal