Polis Bakıda xəstəxanada ölən naməlum şəxsin yaxınlarını axtarır – FOTObackend

Bakı. 16 dekabr. YENIGUNDEM.AZ/ Dekabrın 9-da Yasamal rayonu ərazisində kəllə-beyin travması almış 55-60 yaşlarında bir kişi aşkarlanıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

“Yenigundem” xəbər verir ki,Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kimliyi məlum olmayan həmin şəxs xəstəxanada ölüb. Həmin kişinin boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qaradır. Əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlar və barəsində məlumatı olanlar DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermə bilərlər.