Pakistanda fevralın 8-də keçiriləcək ümumi seçkilər öncəsi təhlükəsizliklə bağlı narahatlıqlar artıb.
Belə ki, polis idarəsinə edilən hücumda 10 polis məmuru həyatını itirib, 6 polis əməkdaşı yaralanıb. Aralarında snayperlərin də olduğu hücumçuların qaçmağı bacardığı öyrənilib.
Yerli vaxtla saat 03:00 radələrində Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunda polis məntəqəsinə silahlı və bombalı hücum təşkil edilib. Polisdən verilən açıqlamada hücumda ən azı 10 polisin öldüyü, 6 polisin yaralandığı bildirilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılarkən, aralarında snayperlərin də olduğu hücum edənlərin hadisədən sonra qaçmağı bacardıqları öyrənilib.
Polis ərazidəki yolları nəqliyyatın hərəkəti üçün bağlayıb və hadisə yerini mühasirəyə alıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Xatırladaq ki, yanvarın 30-da Bəlucistan əyalətində keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) seçki karvanına hücum nəticəsində 4 nəfər həyatını itirmişdi.
Mənbə: hurriyyət.tr
Aynur Camal