Polşada polis Prezident Sarayına basqın edib: həbsə məhkum edilmiş keçmiş daxili işlər naziri Kaminski və müavini saxlanılıb.
Varşava polisi Prezident Sarayına daxil olaraq “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “korrupsiyaya təhrik” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun müavini Maçej Vasiki saxlayıb.
Polşada polis Prezident Sarayına basqın edib. Varşava polisi Prezident Sarayına daxil olaraq “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “korrupsiyaya təhrik” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun müavini Maçej Vasiki saxlayıb.
Bildirilib ki, Kaminski və Vasik axşam saatlarında prezident Anjey Duda Belarus müxalifətinin lideri Svietlana Tsihanouskaya ilə görüşərkən saxlanılıb.
Polşa daxili işlər nazirinin müavini Çeslav Mroçek sosial media hesabından verdiyi açıqlamada Kaminski və müavini Vasikin Prezident sarayında saxlanıldığını təsdiqləyib.
Varşava Yerli Məhkəməsində 2007-2010-cu illərdə Polşada Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin Mərkəzi Bürosunun rəhbəri olmuş Kaminski və onun müavini Vasik barəsində “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “korrupsiyaya təhrik” ittihamı ilə iddia qaldırılıb.
2015-ci ildə yekunlaşan işin nəticəsi olaraq məhkəmə Kaminski və Vasiki təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt Kaminski və Vasikin üzvü olduğu Qanun və Ədalət Partiyası (PİS) hakimiyyətə gəlmişdi. Həmin il PiS-in namizədi olaraq prezidentliyə seçilən Duda amnistiya səlahiyyətindən istifadə edərək 2016-cı ilin martında Kaminski və Vasikin həbs cəzalarını əfv etdiyini açıqlayıb. Kaminski və Vasik Polşa parlamentində deputat kimi vəzifələrini davam etdiriblər və 2019-2023-cü illər arasında Mariuş Kaminski daxili işlər və inzibati işlər naziri, Maciej Vasik isə nazir müavini vəzifələrində çalışıblar.
Varşava Prokurorluğu Kaminski və Vasikin həbs cəzaları yuxarı instansiya məhkəməsi tərəfindən yekunlaşana qədər prezident tərəfindən əfv oluna bilməyəcəyini əsas gətirərək Ali Məhkəməyə müraciət edib. Ötən ilin iyununda Polşa Ali Məhkəməsi prezidentin əfv səlahiyyətinin bu işdə etibarlı ola bilməyəcəyinə qərar verib və faylı Varşava Rayon Məhkəməsinə göndərib.
Varşava Rayon Məhkəməsi 2023-cü il dekabrın 20-də keçirilən son iclasında Kaminski və Vasiki “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “korrupsiyaya təhrik” ittihamı ilə hər birini 2 il müddətinə azadlıqdan məhrum edib. Varşava Dairə Məhkəməsinin qərarı qəti olduğundan, 15 oktyabr 2023-cü ildə keçirilən ümumi seçkilərdə yenidən deputat seçilən Kaminski və Vasikin yerləri parlamentin aşağı palatası olan Seymin sədri tərəfindən ləğv edilib.
Ana müxalifət partiyası olan PiS üzvləri baş verənlərin hamısının hakim partiya Vətəndaş Platformasının (Platforma Obywatelska) siyasi qisası olduğunu iddia edərkən, prezident Duda konstitusiyanın ona verdiyi amnistiya səlahiyyətindən istifadə etməkdə israr edib və xalqı əfv edib.
Mənbə: hurriyyət.tr
Aynur Camal