Polis yenə Manaf Ağayevi saxladıbackend

Məşhur müğənni Manaf Ağayev qayda pozaraq cərimələnib.

Paytaxt küçələrindən birində qayda pozan Manaf Ağayev Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb və cərimələnib. Onun hansı qaydanı pozuğu bilinməyib.

Bu barədə Manset.az-a açıqlama verən Manaf Ağayev hadisə barədə bunları deyib: “İnsan var ki, gündə bir neçə dəfə cərimələnir. Yəni hər bir adam cərimələnə bilər. Burda qeyri adi heç nə yoxdur. Yaddan çıxar kəmər taxmaya bilərsən, hansısa dönmə işarəsini yandırmaya bilərsən, cərimələnərsən. Burda heç qeyri bir şey yoxdur.”