Polisdən “Tarqovı”da poza verən modelə xəbərdarlıqbackend

Bakıda fəaliyyət göstərən Emilia Dinqo adlı model və blogerə polis tərəfindən xəbərdarlıq edilib.

OLAY yazır ki, o bu barədə sosial media hesabında məlumat verib. Nizami küçəsində çəhrayı libası və aksessuarları ilə kamera qarşısına keçən influenser hadisəni belə izah edib:

“Bu fotosessiya zamanı məni polis saxladı. Bu “ağır cinayət”in qarşısını almaq üçün 6 nəfər serjant qaçaraq gəldi. Hansı qanunu pozduğumu soruşanda mənə belə cavab verdilər: “Belə geyimdə çəkiliş qadağandır”, “Bura plyaj deyil”, “Bura Azərbaycandır, eşidirsiz?”, “Ana-bacı baxır”, “Şəkilləri silin”…

Təsadüfən bu qanunları konstitusiyada görmüsünüzsə, mənə skrinşot göndərin

Ümumiyyətlə, bu fotosessiyanı altı aya hazırlamışam. Şəklin hər bir detalı xüsusi olaraq bu fotolar üçün hazırlanıb və hamısı birlikdə təxminən 2500 manat edib”.

Qeyd edək ki, Emilia fərqli fotosessiyaları və imici ilə tanınır.