Politoloq insanları başlarını tutub dua etməyə çağırıbbackend

Alman politoloqu Aleksandr Rahr dünyanı başlarını tutub dua etməyə çağırıb.

Ukrayna münaqişəsi fonunda sülh hərəkatı hələ başlanğıc mərhələsində deyil. Bu barədə alman politoloqu Aleksandr Rar özünün Telegram kanalında yazıb.

“Sülh hərəkatı heç bir yerdə tapılmır, hətta başlanğıc mərhələsində də. Bu ən təhlükəli münaqişənin diplomatik həlli üçün qarşılıqlı axtarışlar əvəzinə biz davamlı eskalasiya müşahidə edirik. Qalır, başını tutub dua etməkdir”, – ekspert çağırıb.

Rahrın fikrincə, Avropa, Ukrayna və Rusiya üçün hərbi münaqişənin nəticəsi ekzistensialdır. “Rusiya üçün Kiyevdə rejim dəyişikliyi və NATO-nun Rusiya sərhədlərindən çıxarılması da ekzistensial sualdır, necə ki, Kiyev üçün itirilmiş ərazilərin qaytarılması eyni ekzistensial sualdır. Son üç əsrin tarixi təkrarlanır: avropalılar Avropa memarlığında dominant Rusiyaya dözmürlər”, – deyə o, yekunlaşdırıb.

Bundan əvvəl respublikanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilov bildirmişdi ki, Brüssel və Vaşinqton Kiyevi sülhə sövq etməməlidir, ona görə də Qərb Ukraynanı Rusiya ilə danışıqlara başlamağa məcbur etmək cəhdlərindən əl çəkməlidir.

Mənbə: Lenta.Ru

Aynur Camal