Polşa-Belarus sərhədində vəziyyət necədir?backend

Avropaya getmək məqsədilə Belarus sərhədində toplaşan miqrantlar ölkələrinə geri dönməyə başlayıblar.

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, 118 nəfərdən ibarət digər bir miqrant qrupu noyabrın 22-si Belarusu tərk edib.

Belarus Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya Məsələləri Üzrə İdarənin rəisi Aleksey Bequnun sözlərinə görə, daha bir qrup miqrant isə bu gün Minsk hava limanını tərk etməyə hazırlaşır.