“Polşaya raketi kim atıb? – Politoloq açıqladıbackend

Polşa ərazisinə raketin düşməsi bütün dünyada bir anlıq həyacan oyatdı. Çünki Polşa NATO-nun bir üzvüdür .Dərhal NATO-ya üzv olan bəzi dövlətlər NATO Nizamnaməsinin 4-cü maddəsinin işə düşəcəyini bildirdilər .Hətta NATO hərbi-siyasi blokuna üzv olan dövlətlər dərhal Polşaya hərbi yardımların göndərilməsi ilə bağlı çıxışlar etdilər.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq İlyas Hüseynov bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin təhlilçisinin sözlərinə görə baş vermiş gərginlik aradan götürülüb və raketin Ukraynaya məxsus olmasını təsdiqləyən mülahizələrin olduğunu vurğuladı.

“Əsas məsələ bundan ibarətdir ki, Rusiya tərəfi dərhal Polşa ərazisinin vurulmadığı bildirdi. Burada müzakirələr dahada genişləndi. Ehtimal varki, raket Ukraynadan Polşaya atılıb.Lakin yaranan gərginliyin qarşısını almaq mümkün oldu.Bir anda dövlətlər daha rasional davrandılar. Məlum oldu ki, bəzi mülahizələrə görə Polşaya atılan raket Ukraynanın hava hücumundan müdafiə sisteminə məxsusdur.Belə hallar ola bilər. Müharibə gedir.”