Poza verərkən eyvan uçdu: 13 nəfər yaralandıbackend

Taylandda 13 qadından ibarət qrup kamera qarşısına keçərkən olduqları eyvanın çökməsi nəticəsində yaralanıb.Taylandın Çianq May şəhərində bir qrup qadın seminara qatıldıqları otelin eyvanında kamera qarşısına keçərkən ikinci mərtəbədən bağçaya düşüb.

Polis rəisi Chalit Thipkham verdiyi açıqlamada Ban Chang Kham Luang rayonunda baş verən qəzada 2-si ağır olmaqla ümumilikdə 13 qadının yaralandığını bildirib.

Thipkham bildirib ki, ilkin araşdırmalar zamanı çökən eyvan hissəsinin binanın rayonlaşdırma planına daxil olmadığı və sonradan əlavə edildiyi müəyyən edilib və otelin operatoru haqqında qanuni tədbir görülüb.

Qəzaya uğrayan qrupun rayondakı xəstəxanalardan birində könüllü kimi çalışan qadın tibb işçiləri olduğu və seminarda iştirak etmək üçün oteldə olduqlarını bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal