Praqada universitetə ​​hücum! Ölənlər və yaralananlar varbackend

Çexiyanın paytaxtı Praqada tarixi Karlova Universitetində silahlı hücum olub. İlkin məlumatlara görə, hücum edən şəxs də daxil olmaqla 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Çexiya polisinin verdiyi təcili açıqlamada hadisə yerinə çoxlu sayda təhlükəsizlik qrupunun göndərildiyi və vəziyyətin ciddiliyi vurğulanıb. Polis sözçüsü ilkin məlumata görə, ölən və yaralananların olduğunu təsdiqləsə də, ətraflı məlumat verməkdən yayınıb.

Çexiya dövlət televiziyası universitetin ətrafının dərhal mühasirəyə alındığını açıqlayıb. Ərazini tamamilə nəqliyyatın hərəkətinə bağlayan polisin məktəbdəki insanların təxliyyəsi üçün iş apardığı qeyd edilib.

 

 

 

 

 

Çexiya polisi silahlı hücumçunun hadisədən dərhal sonra zərərsizləşdirildiyini açıqlayıb.

Çexiya rəsmiləri istintaqın davam etdiyini bildirib və ictimaiyyəti hadisə ilə bağlı spekulyasiya etməməyə çağırıb.

Mənbə: TGRT

Aynur Camal