Prezident Aİ siyasətçilərinə reaksiya verdibackend

Azərbaycan prezidenti İlham Əliyev: “Ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edəndən, Qarabağdakı separatizm yuvasını dağıtdıqdan sonra bizə hücum edilib. Bizi Makron, Borrel və onlar kimi şəxslər ittiham edirlər” deyib.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin direktoru Mixael Harmsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əliyev qəbuldakı çıxışında Ermənistanla Azərbaycan arasında sülh prosesi və Avropa ölkələrinin bu prosesə münasibəti ilə bağlı qiymətlər verib.

Fransanın Ermənistana silah verdiyini və atəşə yağ tökən münasibət olduğunu deyən Əliyev Almaniyanın Azərbaycanla Ermənistan arasında sülh prosesində neytral mövqe nümayiş etdirdiyini vurğulayıb.

İ.Əliyev beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu vurğulayaraq, ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etdikləri üçün əsassız və qərəzli ittihamlarla üzləşdiklərini vurğulayıb.

“İkili standartlar Avropa İttifaqı (Aİ) üçün adi bir vəziyyətə çevrilib”. Əliyev bildirib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycan əleyhinə bəyanatları həqiqəti əks etdirmir.

Əliyev sözünə belə davam edib:

“Azərbaycan bu bəyanatları ölkəmizə qarşı üstüörtülü təhdid kimi qiymətləndirir. Borrel deyib: “Azərbaycan Ermənistana hücum etsə, bunun acı nəticələrini görəcək”. “Borrel Azərbaycanın Ermənistana hücum etməyi planlaşdırdığı barədə məlumatı haradan əldə edib? Bizim belə bir planımız yoxdur. Deyilənlər (Fransa prezidenti) Makronun böhtanıdır. Bütün bunlar Fransanın Azərbaycan əleyhinə siyasətinin tərkib hissəsidir və onu şeytanlaşdırmaq istəyir.”

 “Düşünürəm ki, Rusiya yeni reallıqları qəbul edir”

Azərbaycanın Ermənistanla sülh prosesinə sadiq olduğunu vurğulayan Əliyev deyib:

“Ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdikdən və Qarabağdakı separatizm yuvasını dağıtdıqdan sonra bizə hücum edildi. Bizi Makron, Borrell və onlar kimi başqaları ittiham edirlər. Ukrayna da öz ərazi bütövlüyünü təmin etmək istəyir. Almaniya və digər dövlətlər bu ölkəyə silah göndərir. Hamınız “Siz deyirsiniz: Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz? Bu məsələ Ukrayna məsələsindən az əhəmiyyət kəsb edirmi?”

Fransa, ABŞ və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun Ermənistanla Azərbaycan arasında problemin həlli istiqamətində heç bir addım atmadığını xatırladan Əliyev deyib:

“Biz öz torpaqlarımızı xilas etməyə başlayanda bu üç ölkə bizə təzyiq göstərməyə başladı. Onların hər biri bizi yolumuzdan döndərmək üçün müxtəlif vasitələrdən istifadə etdi. Torpaqlarımızı xilas etməyimizi istəmədilər. Bəziləri hələ də səhv edirlər.

Düşünürəm ki, Rusiya indi nə baş verdiyini çox yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da bunu etməlidir, əks halda vəziyyət onların planlaşdırdıqları kimi getməyəcək. Bu ölkələr Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla işləməlidir”.

Mənbə: TrtHaber

Aynur Camal