Prezident arasında hədiyyə mübadiləsi oldubackend

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Məhəmməd bin Zayed əl Nəhyana onun portretini hədiyyə edib.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, Putinin BƏƏ-yə səfəri zamanı protokol çərçivəsində hədiyyə mübadiləsi aparılıb. Rusiya prezidenti BƏƏ rəhbərinə onun portretini hədiyyə edib. Buna cavab olaraq Putinə mozaika hədiyyə edilib.

Mətbuat katibi qeyd edib ki, Putinin BƏƏ-yə səfərindən sonra Səudiyyə Ərəbistanına səfəri işgüzar səfərdir, ona görə də bu səfər zamanı hədiyyə mübadiləsi olmayacaq.

Bir qədər əvvəl Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd əl Nəhyan Rusiya prezidenti Vladimir Putinin ikitərəfli münasibətlərin möhkəmlənməsində şəxsi rolunu qeyd edib. O, Rusiya Federasiyası ilə müxtəlif sahələrdə əlaqələri bundan sonra da inkişaf etdirməyə hazır olduğunu bildirib.

Mənbə: mail.ru

Aynur Camal