Prezident: Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edirbackend

Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edərkən bildirib.

Dövlət başçısı parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu qeyd edib.