Prezident Rəcəb Tayyib Ərdoğan Prezidenti Əbdülməcid Tebbunun dəvəti ilə bu gün Əlcəzairə rəsmi səfər edəcək.Mövzu ilə bağlı Prezident Rabitə Müdirliyindən verilən açıqlamaya görə, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İkinci Toplantısında iştirak etmək üçün Əlcəzairə rəsmi səfər edəcək.
“Yeni Gundem” xəbər verir ki, şuranın iclası paytaxt Əlcəzairdə iki prezidentin sədrliyi və müvafiq nazirlərin iştirakı ilə keçiriləcək.
Görüş çərçivəsində aparılacaq müzakirələr zamanı son vaxtlar ciddi sürət qazanan Türkiyə-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər, xüsusilə Qəzza və işğal olunmuş Fələstin torpaqlarına hücumlar ətrafında fikir mübadiləsi aparılacaq.
Türkiyə ilə Əlcəzair arasında müxtəlif saziş və anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.
Mənbə: İLKHA
Aynur Camal