Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin dəvəti və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı münasibətilə bu gün Yunanıstana rəsmi səfər edəcək.
Prezident Ərdoğan səfər çərçivəsində Yunanıstanın baş naziri Kiriakos Miçotakis ilə görüşəcək.
Görüşdə iki ölkə arasında mübahisəli məsələlər müzakirə olunacaq.
Yunanıstanın Egeydə gərginliyi artıran hərəkətləri, Afina rəhbərliyinin Qərbi Trakyada müsəlmanlara qarşı ədalətsiz tətbiqləri, nizamsız miqrasiya kimi mövzularda əməkdaşlıq üçün zəmin yaradılması üçün yol xəritəsinin yaradılması gözlənilir.
Mənbə: İLKHA
Aynur Camal