Türkiyənin Fələstinlə diplomatiyası davam edir.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, prezident Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. Görüş zamanı iki lider İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.
Qeyd edilib ki, Qəzzada insan faciəsi günü-gündən dərinləşir. Qəzza Daxili İşlər Nazirliyi dağıntılar altında mindən çox cəsədin olduğunu açıqlayıb.
Telefon görüşü zamanı İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və həll yolu üçün atılacaq addımlar müzakirə edilib. Həmçinin Ərdoğan münaqişələrin tez bir zamanda sona çatmasının regional və dünya sülhü üçün vacib olduğunu, Türkiyənin Qəzzaya humanitar yardımın çatdırılması üçün sıx səylər göstərdiyini, gərginliyi artıran addımlardan qaçınılması lazım olduğunu və müsbət addımların atılacağını bildirib.
Mənbə: TGRT
Aynur Camal