Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı maraqlı məqam yaşanıb.
“Yeni Gundem” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycan əhalisinin sayı məsələsinə toxunaraq “Türkiyədə əhalinin artımı üçün bir ailədə azı 3 uşaq olmasını deyirdim, Azərbaycanda isə bir ailədə azı 5 uşaq olmalıdır” deyə bildirib.