Prezident Ərdoğanın sözləri dünyada belə əks-səda verdibackend

Türkiyə lideri “gedən” Netanyahuya sual verdi: Nüvə bombanız varmı?

İsrail 40 gündür Qəzzanı hədəf alır. Hava və quru hücumları aramsız olaraq davam edir.

Prezident Ərdoğanın İsraili ‘terror dövləti’ olaraq təyin etməsi dünyanın gündəminə siyahının başında girdi.

Dünyanın bir çox qəzetləri və televiziya kanalları Ərdoğanın sözlərini oxucularına təqdim edib.

Prezident Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında açıqlama verib.

İsrailin baş naziri Netanyahuya sərt sözlərlə müraciət edən Ərdoğan, “İstədiyiniz qədər nüvə bombasına sahib olun, sonunuz gəlir, gedəcəksiniz” deyib.

Ərdoğan açıqlamasında deyib: “Xəstəxana və məktəbləri qəsdən hədəfə alan İsrail bir şəhəri tamamilə yerlə-yeksan edir. İsrail dövlət terroru həyata keçirir. “Mən rahatlıqla deyirəm ki, İsrail terrorçu dövlətdir”.

Ərdoğanın sözləri siyahının başında dünya gündəminə düşüb.

British Guardian qəzeti ‘Ərdoğan: İsrail terror dövlətidir və Türkiyə israilli köçkünlərin ‘terrorçu’ kimi tanınması üçün çalışacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü deyib ki, İsrail Qəzzada hərbi cinayətlər törədən və beynəlxalq hüququ pozan “terrorçu dövlət”dir, eyni zamanda Fələstinin HƏMAS silahlı qruplaşmasının terror təşkilatı olmadığı iddiasını təkrarlayıb.

 

Həmçinin Əl-Cəzirə kanalına, Rəcəb Tayyib Ərdoğan İsraili Qəzzada hərbi cinayətlər törədən və beynəlxalq hüququ pozan “terrorçu dövlət” adlandırıb.

 

Qətər mərkəzli xəbər platforması isə bildirib ki, Ərdoğan Netanyahudan İsrailin nüvə silahına sahib olub-olmadığını izah etməyə çağırıb. İsraildə yerləşən “The Jerusalem Post” qəzeti “Ərdoğan İsraili “terrorçu dövlət” adlandırdı” başlığı ilə oxucularının qarşısına çıxıb.

 

Digər bir İsrail qəzeti Haaretz isə ‘Ərdoğan bildirib ki, Həmas Fələstinlilərin seçdiyi siyasi partiyadır’.

Mənbə: hurriyyət.tr

Aynur Camal