Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfər etmişdirbackend

Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımış və iki ölkə arasında diplomatik əlaqələr 1992 ci ilin iyunun 5 dən etibarən qurulmuşdur. 16 fevral  2004-cü ildə İlham Əliyev  Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 2004 cü ildə Azərbaycan və Bolqarıstan prezidentləri arasında görüş keçirilmişdir. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və bu sahədə ATƏT-in fəaliyyətinin daha da intensivləşdirilməsi, NATO -yə dair məsələlər, elmi-texniki komissiyanın fəaliyyəti barədə məsələlər, beynəlxalq terrorizmə qarşı birgə əməkdaşlıq, parlamentlərarası əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur. Səfər zamanı Azərbaycan Respublikası və Bolqarıstan arasında birgə bəyannamə, Şəki və Qalerovo arasında qardaşlaşmış şəhər nümayəndiliyinin yaradılması haqqında birgə bəyannamə, Azərbaycan Teleqraf Agentliyi  və Bolqarıstan teleqraf agentliyi arasında saziş, Azərbaycan Respublikası hökuməti və Bolqarıstan hökuməti arasında səhiyyə və tibb elmi sahəsində saziş, investisiyanın təşviqi və qarşılıqlı qorunması haqqında saziş, ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə sazişlər imzalanmışdı. Bolqarıstan hal-hazırda da ölkəmizlə dost və strateji tərəfdaş ölkələrdən biridir. Azərbaycan-Bolqarıstan əlaqələri bir sıra sahələri əhatə etməklə yanaşı münasibətlər davamlı olaraq genişləndirilir və inkişaf etdirilir. Cari ilin sentyabrın 30-da Bolqarıstana rəsmi səfər edən Azərbaycan Prezidenti cənab İlham Əliyev iki ölkə arasında mövcud əlaqələri yüksək qiymətləndirmiş və strateji tərəfdaşlıq haqqında BirgəBəyannamədə göstərilən bütün məsələlərin həyatda öz əksini tapdığını diqqətə çatdırmışdır. Çıxış zamanı Prezident İlham Əliyev Bolqarıstan Azərbaycan Qaz İnterkonnektoru layihəsindən bəhs etmişdir: Hazırda Azərbaycanın çox böyük həcmdə qaz ehtiyatlarının olduğu təsdiq edilmişdir. Azərbaycan çoxşaxəli qaz nəqliyyat infrastrukturuna malikdir. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır. Mövcud imkanlar əsas verir ki,Azərbaycan bir çox ölkələri təbii qazla təmin etsin. Bolqarıstan da ölkəmizdən qaz ixrac edən ölkədir. Eyni zamanda Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulmuşdur. Cənab Prezidentin rəsmi Bolqarıstan səfəri oktyabrın 1-də Prezident İlham Əliyevi Bolqarıstanın Sofiya hava limanında yüksək vəzifəli dövlət və hökumət nümayəndələrinin  yola salması mərasimi ilə başa çatmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti. Teymurlu Sevinc