Braziliya prezidenti Luiz İnasio Lula da Silva İsrailin Qəzzanı işğal etməsini “soyqırım” kimi qiymətləndirib və bunu nasist lideri Adolf Hitlerin hərəkətləri ilə müqayisə edib.
Braziliyanın Canal Gov kanalının məlumatına görə, Lula da Silva 37-ci Afrika Birliyi (AfB) Zirvə Toplantısı çərçivəsində səfər etdiyi Efiopiyanın paytaxtı Əddis Ababada mətbuata açıqlama verib.
İsrailin Qəzzanı işğal etməsindən danışan Lula da Silva Qəzza zolağında baş verənlərin “müharibə deyil, soyqırım” olduğunu bildirib.
Lula da Silva, “Qəzza zolağında fələstinlilərin başına gələnlər tarixdə heç vaxt olmayıb. Əslində bu, Hitler yəhudiləri öldürmək qərarına gələndə baş verib” deyib.
Mənbə: TrtHaber
Aynur Camal