Prezident İsraili “soyqırım” törətməkdə ittiham etdibackend

Venesuela prezidenti Nikolas Maduro Qəzzada mülki əhalinin yaşadığı binaların fərq qoymadan bombalandığını bəyan edərək, İsraili Fələstin xalqına qarşı “soyqırım” törətməkdə ittiham edib.Prezident Maduro qatıldığı proqramda çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) bəyanatını diqqətlə və narahatlıqla oxuduqlarını vurğulayıb, “Qəzzada Fələstin xalqına qarşı soyqırım başladı” deyib.

“Yeni Gundem” xəbər verir ki, İsrailin daha əvvəl də dəfələrlə Qəzzada “qırğınlar” törətdiyini bildirən Maduro, “Qəzzada dinc əhalinin yaşadığı binalar ayrı-seçkilik etmədən vurulur, hər yer bombalanır, qadınlar və uşaqlar hər gün ölür. Bütün müsəlmanlarıma səslənirəm. Dünyadakı qardaşlar, xristianlar və yəhudilər təcili olaraq gəlin BMT-ni atəşkəsə çağıraq” deyə vurğulayıb.

Maduro sülh danışıqlarının mümkün qədər tez başlamalı olduğunu və BMT qətnamələrinə hörmətlə yanaşan müstəqil və suveren Fələstin Dövlətinin qurulmasının vacibliyini bildirib.

Fələstin xalqının illərdir hər cür zorakılığa və ayrı-seçkiliyə məruz qaldığını xatırladan Maduro, “BMT 1967-ci ildə bunun həyata keçirilməsi üçün məcburi bir qərar verdi. Qərara görə, İsrail və Fələstin Dövləti üçün çəkilən sərhədlər, Fələstin dövləti üçün nəzərdə tutulan sərhədlərin 1967-ci ildə qəbul edilib. Bu qanuna riayət edilsəydi Şərqi Qüds Fələstinin paytaxtı olardı, ancaq “İsraildə hakimiyyətə gələn bütün hökumətlər bu qərarı ardıcıl olaraq pozdu” deyib.

Yeni nəsildən Fələstinin tarixinə nəzər salmalarını xahiş edən Maduro, “İllərdir zülm, blokada və ədalətsizlik davam edir. Xəritəyə baxsanız, illər ərzində Fələstinin torpaqlarının necə əlindən alındığını anlayacaqsınız. Onlar bölünüb. Fələstin torpaqları iki hissəyə bölünür. Beynəlxalq media bunu görmək istəmir, ona görə də lal-kar oynayırlar”  deyib.

Fələstin xalqını hər zaman müdafiə edəcəklərini bildirən Maduro, Fələstin prezidenti Mahmud Abbasın iki dövlətli həll çağırışını da dəstəklədiklərini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın İsrail və Fələstinlə bağlı açıqlamalarını dəstəkləyən Maduro bu ifadələrdən istifadə edib:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla tamamilə razıyam. O, son dərəcə ağlı başında sözlər işlədir. BMT-nin qərarlarına hörmətlə yanaşaraq, ədalətli və tam sülh əldə edilməlidir. İnanıram ki, Ərdoğan bir lider olaraq bu vəziyyətə müdaxilə edəcək, bu vəziyyətə müdaxiləni təmin edəcək şəxsdir. Atəşkəsin müvəffəqiyyəti və ədalətli sülhün başlanğıcı ola bilər.”

Mənbə: TrtHaber

Aynur Camal