Prezident İsrailli həmkarını təbrik etdibackend

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə İsrail Prezidenti Yitzhak Herzoqu təbrik edib.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə qeyd olunur ki, ötən müddət ərzində İsrail bütün sahələrdə mühüm uğurlar qazanıb və dünyanın ən inkişaf etmiş ölkələrindən biridir.

Prezident Əliyev qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri daim inkişaf edir.

Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmununun genişləndirilməsi və zənginləşməsi üçün əlverişli şərait yaradır.

Prezident bu il Azərbaycanın İsraildə Ticarət və Turizm Ofislərinin açılmasının və səfirliyin fəaliyyətə başlamasının dövlətlərarası əlaqələrimizin daha da inkişafına töhfə verəcəyini vurğulayıb.