ABŞ prezidenti Co Bayden ABŞ-ın İllinoys ştatında 6 yaşlı müsəlman uşağın öldürülməsi və anasının yaralanması xəbərindən şoka düşdüyünü ifadə edərək, yazılı açıqlama verib.
“Yeni Gundem” xəbər verir ki, uşağın ailəsinin Amerikaya hər kəsin axtardığı yaşayış – dinclik içində təhsil almaq və ibadət etmək üçün gəldiyini qeyd edən Bayden, “Bu cür dəhşətli nifrətin Amerikada yeri yoxdur! Bizim dəyərlərimizə ziddir!” deyib.
Həmçinin Bayden vurğulayıb ki, amerikalılar bir araya gələrək islamafobiyaya və hər cür nifrətə qarşı olmalıdırlar.
Müsəlman uşağın öldürülməsindən həyat yoldaşı ilə birlikdə şoka düşdüklərini ifadə edən Bayden, “Nifrət qarşısında səssiz qalmayacağam!” deyib.
Bayden, Ağ Evdən hər kəsin öldürülən 6 yaşlı uşağın ailəsinə başsağlığı verdiyini və yaralanan anasına tezliklə şəfa dilədiyini bildirib. O, bütün Fələstin, ərəb və müsəlman Amerika ictimaiyyətinə başsağlığı verib.
Qeyd edək ki, Will County Şerif Ofisindən verilən açıqlamada, uşağı öldürən 71 yaşlı Cozef M. Czuban ifadəsində bunu uşaq və anasının müsəlman olmasına, eyni zamanda Fələstin-İsrail müharibəsinə görə etdiyini deyib.
26 bıçaq zərbəsi alan uşağın vəziyyəti ağır olub və xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib. Həmçinin xəstəxanaya yerləşdirilən anasının da vəziyyətinin ağır olduğu açıqlanıb.
Mənbə: TrtHaber
Aynur Camal