Prezident: Ötən il Azərbaycan vasitəsilə tranzit 75 faizdən çox artıbbackend

Ötən il Azərbaycan vasitəsilə tranzit 75 faizdən çox artıb.

“Yeni Gumdem” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

“Bizim müasir infrastrukturumuz var. İndi bu, heç vaxt olmadığı qədər vacibdir”, – deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan, həmçinin daşımaların təhlükəsizliyini təmin edir.