Argentinada prezident seçkiləri ikinci tura keçib. Seçkidə qalib gələn iqtisadiyyat naziri Sergio Massa və ifrat sağçı Xavyer Milei yenidən üz-üzə gələcək.
“Yeni Gundem” xəbər verir ki, seçkilərin ikinci turu noyabrın 19-da keçiriləcək.
Dünən Argentinada insanlar yeni prezidenti seçmək üçün səsverməyə gediblər. Prezident seçkilərində heç bir namizəd kifayət qədər səs toplamadığından seçkilər ikinci tura keçib. Seçkidə qalib gələn iqtisadiyyat naziri Sergio Massa və ifrat sağçı Xavyer Milei noyabrın 19-da yenidən yarışacaq.
İqtisadiyyat naziri Sergio Massa, ifrat sağçı Xavyer Milei və ana müxalifət ittifaqının namizədi Patrisiya Bullriçin yarışdığı seçkidə qutuların 98,04 faizi açılıb. “Vətən Naminə Birlik” (Union por la Patria) partiyasının və hazırkı hökumətin namizədi, iqtisadiyyat naziri Sergio Massa 36,65 faiz səslə birinci turu qabaqlayıb. İkinci yerdə 30,01 faiz səslə “Azadlıq Tərəqqi” (La Libertad Avanza) partiyasının namizədi ifrat sağçı Xavyer Milei qərarlaşıb. “Dəyişiklik naminə birlikdə” koalisiyasının lideri və ana müxalifət alyansının namizədi Patrisiya Bullriç 23,83 faiz səslə üçüncü yerdə qərarlaşıb.
Seçkidən əvvəl keçirilən sorğularda Mileinin ilk turda seçkini qazanacağı gözlənilirdi, lakin sandıqlar açılanda Massa öndə olub. Qutuda iştirak nisbətinin 77,67 faiz olduğu seçkilərdə heç bir namizəd 45 faizlik baryeri keçə bilmədiyi üçün seçki ikinci tura keçib. Seçkiləri ən çox səslə başa vuran Massa və Milei noyabrın 19-da keçiriləcək ikinci tur seçkilərdə yarışacaq. Yeni Prezidentin müəyyən edilməsi üçün namizədlərdən biri ən azı 45 faiz səs toplamalıdır.
Mənbə: TGRT
Aynur Camal