Rusiyanın hücumuna məruz qalan ölkə gələn il seçkilərə şahidlik edəcək.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, “Ölkəmi tək qoymayacağam” deyən Zelenskinin göstərişi ilə seçki hazırlıqlarına başlanılıb.
Ötən ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsində münaqişələrin intensivliyi azalsa da, tərəflər hələ də zaman-zaman şiddətli hücumlarla üzləşirlər.
Rusiyanın hücumları davam edərkən, Kiyev administrasiyası xaosa baxmayaraq seçki keçirməyi planlaşdırır. Bu kontekstdə prezident seçkilərinin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Prezident seçkiləri martın 31-də keçiriləcək
“Espreso” televiziyasına danışan Ukrayna parlamentinin (Rada) üzvü Aleksey Qonçarenko deyib:
Zelenskinin tapşırığına uyğun olaraq, Prezident Aparatı 2024-cü il mart ayının son bazar günü (31 mart) keçiriləcək seçkilərə hazırlığa başlayıb.
“O, legitimliyini itirməmək istəyir”
Qonçarenko gələn il Rusiyada prezident seçkilərinin keçiriləcəyini xatırladıb və deyib: Vladimir Putin gələn martda keçiriləcək seçkilərə hazırlaşır. Zelenski də oxşar addım atmaqla öz legitimliyini itirməmək istəyir.
“Ukraynanı heç vaxt tək qoymayacağam”
Zelenski əvvəlki açıqlamalarında qarşıdan gələn seçkilərdə “ölkəsini heç vaxt tək qoymayacağını” bildirmişdi.
Mənbə: EnSonHaber
Aynur Camal