Prezident və məhşur gitaraçı Fələstin bayrağını açdıbackend

Dünyaca məşhur Pink Floyd rok qrupunun yaradıcılarından olan Rocer Uoters konsert vermək üçün Kolumbiyaya gedib. Uoters səfəri çərçivəsində Kolumbiya Prezidenti Qustavo Petro tərəfindən qəbul edilib.

Görüş Prezident sarayında, Casa de Narinoda keçirilib. Petronun kiçik qızı Antonellaya imzalı gitara hədiyyə edən musiqiçi Uoters görüşün sonunda Petro ilə birlikdə nəhəng Fələstin bayrağını açıb.

Prezidentin mətbuat bölməsindən verilən açıqlamada, Uotersin Petro’dan Qəzzada soyqırımı dayandırmaq üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) qarşısında nümayişi müşayiət etməsini istəyib.

Açıqlamada görüşün “həyəcanlı” olduğu və prezident Petro və Uotersin Qəzzada davam edən soyqırıma diqqət çəkdiyi bildirilib.

Boqotadakı Live Coliseum-da səhnəyə çıxan Waters, prezident Petroya salamlarını çatdırıb və çıxışında Petroya səs verən kolumbiyalıları təbrik edib.

Petro noyabrın 19-da verdiyi açıqlamada Fələstinin hüquqlarını müdafiə etdiyi üçün Rocer Uotersin ölkəsinin paytaxtı Boqotada heç bir otel tərəfindən qəbul edilmədiyini bildirib:

 Bu demokratiyadır? Bu, beynəlxalq hüquqdurmu? Hitlerin yəhudi xalqına etdiyi eyni şeyin qarşısını almaq üçün beynəlxalq həmrəylik var.

Ölkəsində konsert verməsi üçün Waters-a hər cür dəstəyi verəcəyini deyən Petro, otellərin Waters-ı qəbul etməməsi halında müdaxilə edəcəyini bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal