Prezident yeni səfirin etimadnaməsini qəbul edibbackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamilin etimadnaməsini qəbul edib.

“Yeni Gündəm” xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.