“Prezident Zelenski çinli həmkarı Si Cinpinlə telefonla danışmağa hazırdır” – Kulebabackend

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, prezident Vladimir Zelenski çinli həmkarı Si Cinpinlə telefonla danışmağa hazırdır.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, o Rusiyanın müharibəni dayandırmaq üçün danışıqlara hazır olduğuna dair heç bir əlamət görmür. “Lakin istənilən münaqişə danışıqlar masasında başa çatır”, – Kuleba qeyd edib.

“Xarici işlər naziri kimi mənim məqsədim döyüş meydanında həlledici uğurdan sonra Ukraynanın danışıqlar masası arxasına əyləşməsinə əmin olmaqdır”, – Kuleba deyib.

Məlumat üçün bildirək ki, “The Wall Street Journal” Çin prezidenti Si Cinpinin ukraynalı həmkarı Vladimir Zelenski ilə danışmağı planlaşdırdığını yazıb. Nəşrin məlumatına görə, söhbət yəqin ki, Çin liderinin Moskvaya səfərindən sonra baş tutacaq.

Fərahim Rəhimov