Prezidenti hava limanında unutdularbackend

Almaniya prezidenti Əmir Təmim bin Həməd Al Tani ilə görüşmək üçün Qətərə uçub. Onlar isə Qətərdə Almaniya prezidenti Ştaynmayerlə görüşməyi unudublar.Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qətərə çatan kimi rəsmilərin gəlişini qarşılamaq üçün təxminən yarım saat gözləyib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” jurnalı çərşənbə günü, noyabrın 29-da bir siyasətçinin təyyarədə dayanıb, onu gözləyən videosunu dərc edib.

Gözləyən zaman ətrafı onu tərk etdiyi üçün Ştaynmayer təyyarədə tək idi. Məlumatda qeyd olunur ki, Almaniya prezidenti laynerin açıq qapılarına bir neçə dəfə yaxınlaşıb. Eyni zamanda pandusda fəxri qarovul dəstəsi düzülüb, limuzin verilib, lakin orada Qətər rəsmiləri olmayıb.

Nəşrdə qeyd edildiyi kimi, prezidentin təyyarəsi planlaşdırılandan tez gəlib və bu da gözləməyə səbəb olub.

Xatırladaq ki, noyabrın əvvəlində də Ştaynmayer Tanzaniyanın Songea şəhərinə səfər etmişdi. Orada o, alman müstəmləkəçi hökmdarlarının qəddarlığına görə ölkə xalqından bağışlanmasını xahiş edib.

Mənbə: mail.ru

Aynur Camal