Prezidentin köməkçisi İran səfiri ilə görüşübbackend

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Bakıdakı səfiri Seyyid Abbas Musəvi ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, məlumatı İran səfiri tviter hesabında paylaşıb.

Səfir görüşün səmimi və konstruktiv keçdiyini bildirib.