Onun həyat yoldaşı Haitinin keçmiş prezidenti Jovenel Moisenin qətlində ittiham olunan 51 nəfər arasında olub.
CBS News2021-ci ildə Haitidə prezident Jovenel Moisenin öldürülməsi ilə bağlı 51 nəfər, o cümlədən prezidentin bir neçə köməkçisi, Haiti hökumət rəsmiləri və bəzi siyasətçilər ittiham olunub. Moisenin həyat yoldaşı ittiham olunanlar arasında idi.
İttihama görə, hücumda ağır yaralanan həyat yoldaşı Martine Moise ərinin qətlində şərikdir. İşə sədrlik edən hakim Moisenin ifadələrində ziddiyyətlərin olduğunu və onun sui-qəsddən xəbərdar olduğunu göstərən bəzi sübutların olduğunu açıqlayıb. Ancaq istintaqı aparan hakim Valter Volterin hazırladığı ittihamda Martin Moisenin sui-qəsd planında birbaşa iştirak etdiyini göstərən heç bir sübut təqdim edilməyib.
Martine Moise dindirilməyə çağırılsa da, o, gəlməyib və oktyabrda onun barəsində həbs qərarı verilib. Hücumdan sonra ABŞ-da müalicə olunan Moise sosial şəbəkədəki paylaşımında ölkənin məhkəmə sistemini korrupsiyaya uğramış kimi tənqid edərək diqqət çəkib.
Mənbə: TGRT
Aynur Camal