“Müqavilə normallaşmanı başa çatdırmalıdır”.“Azərbaycan prezidenti Əliyev bildirib ki, Ermənistan torpaq iddiasından əl çəkməlidir. Əliyev İrəvan administrasiyasına mühüm zənglər edib”.
“Yeni Gundem” xəbər verir ki, bu barədə həmçinin Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla normallaşma prosesi ilə bağlı bəyanat yayıb.
Bəyanatda Azərbaycan və Ermənistan arasında “de-fakto sülhün” olduğu, lakin ikitərəfli münasibətlərin normallaşmasının başa çatdırılması üçün rəsmi razılaşmaya ehtiyac olduğu bildirilib.
“Ərazi iddialarına son qoyulmalıdır”
Həmçinin Prezident Bakıda Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqla görüşündə bunları deyib: “Bu prosesi məntiqi sona çatdırmaq üçün sülh müqaviləsi imzalanmalıdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”.
Türkiyənin xəbər saytı həmçinin xatırladıb ki, iki ölkə arasında münasibətlər 1991-ci ildə Ermənistan ordusunun beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etdiyi vaxtdan gərginləşib.
Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibə ilə regionun böyük hissəsini azad edib. Bu müharibə Rusiyanın vasitəçiliyi ilə bağlanan sülh müqaviləsi ilə başa çatdı və normallaşmanın qapısı açıldı. Separatçı qüvvələr təslim oldular.
Ötən ilin sentyabrında Azərbaycan ordusu Qarabağda konstitusiya quruluşunu bərpa etmək üçün antiterror əməliyyatına başladıqdan sonra bölgədəki qanunsuz separatçı qüvvələr təslim olub. Hər iki tərəf dekabr ayında hərbi əsirləri dəyişdirdi.
Ermənistana çağırış: Hüquq iddiasını dayandırın!
İ.Əliyev Ermənistanın hələ də Konstitusiya kimi rəsmi sənədlərdə Azərbaycan torpaqları üzərində haqq iddia etdiyini bildirib və bildirib ki, İrəvan bundan əl çəkib hüquqi sənədlərində dəyişiklik etsə, sülh əldə oluna bilər.
Bunun Ermənistanda tez bir zamanda həyata keçirilməsinin vacibliyini bildirən Əliyev Ermənistanda bu məsələ ilə bağlı daxili müzakirələrin başlanmasının müsbət addım kimi qiymətləndirildiyini bildirib.
Əliyev əlavə edib ki, sülh prosesinin inkişafı üçün yaxşı fürsət tapıla bilər.
Mənbə: EnSonHaber
Aynur Camal