Prezidentlər arasında telefon danışığı baş tutdubackend

“Yeni Gundem” xəbər verir ki, İran prezidentinin Türkiyəyə səfərinin ləğvi fonunda iki ölkənin prezidentləri arasında telefon danışığı olub.

Telefon danışığında İran prezidenti İbrahim Rəisi İran-Türkiyə birgə əməkdaşlığının müsəlman ölkələri üçün qarşılıqlı fəaliyyət modeli ola biləcəyini bildirib.

Rəisi əlavə edib ki, Qəzza əhalisi HƏMAS vasitəsilə Qəzzanın gələcəyi üçün qərar verməlidir. ABŞ-nin müdaxilə etməyə və qərarlar verməyə haqqı yoxdur. ABŞ-nin müdaxiləsi uğursuzluğa məhkumdur.

Ərdoğan isə Tehran və Ankara arasındakı müsbət və konstruktiv münasibətlərə toxunaraq,  bu əlaqələri yüksək və müstəsna səviyyəyə qaldırmaq səylərindən söz açıb.

O, həmçinin, Ankaranın iki ölkə arasında Ali Əməkdaşlıq Şurasının iclasını keçirməyə hazır olduğunu bildirib.

Mənbə: İran Prezidentinin saytı

Aynur Camal