Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitdən istifadə istiqamətləri açıqlandıbackend

Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə istiqamətləri açıqlanıb.

“Yeni Gündəm” xəbər verir ki, vəsaitin prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

– işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

– bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

– işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə.