Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Gundem” xəbər verir ki, qəza oktyabrın 29-da saat 21 radələrində qeydə alınıb.
Bakı şəhər sakini S.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.