Onlar indi pulsuz səyahət edə biləcəklər… Pulsuz ictimai nəqliyyat qərarı!
Fransanın Montpellier şəhərində ictimai nəqliyyat pulsuzdur. Fransanın cənubunda yerləşən Monpelye şəhərində yeni ildən şəhər sakinləri üçün ictimai nəqliyyatın pulsuz olacağı açıqlanıb. Şəhərə gələn turistlər isə rüsum ödəməyə davam edəcəklər.
Fransanın cənubunda, Marsel və Tuluza şəhərləri arasında yerləşən Monpelye şəhərində ictimai nəqliyyatın şəhərdə yaşayanlar üçün pulsuz olacağı açıqlanıb. Montpellier Bələdiyyəsi tərəfindən verilən açıqlamada qərarın yeni ildən qüvvəyə minəcəyi, lakin şəhərə gələn turistlərin rüsum ödəməyə davam edəcəyi bildirilib.
Montpellier şəhəri Fransanın 8-ci ən böyük şəhəridir. Şəhərin əhalisi 478 min nəfərdir. Şəhər 2015-ci ildə metropolisə çevrildi və ölkənin ən sürətlə inkişaf edən şəhəri adına sahibdir.
Mənbə: hurriyyət.tr
Aynur Camal