Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Kevin Consona Rusiya vətəndaşlığı verib. Müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Conson 2023-cü ilin aprelində Vyaçeslav Datsik üzərində qələbə çaldıqdan sonra dərhal vətəndaşlıq almaq istəyi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib. 44 yaşlı boksçu peşəkar səviyyədə 60 döyüş keçirib, bu döyüşlərdə 36 qələbə (20-si nokaut), 22 məğlubiyyət alıb, iki döyüş isə heç-heçə ilə yekunlaşıb.
SKA klubunun kanadalı hücumçusu Brendan Laipsik də Rusiya vətəndaşlığını alıb. 29 yaşlı Laipsiç 2020-ci ildən KHL-də çıxış edir. Kanadalı CSKA-da bir mövsüm keçirdi, sonra iki il Magnitogorsk Metallurg-da oynayıb. Ümumilikdə, Laipsiç KHL müntəzəm çempionatlarında 153 oyun keçirib və 103 (38+65) xal toplayıb. 2023-cü ilin iyununda xokkeyçi SKA ilə iki illik müqavilə imzalayıb. Və iyulun əvvəlində o, Rusiya vətəndaşlığını almaq üçün ərizə verib.
Mənbə: sportmail.ru
Aynur Camal