“Yeni Gundem” TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov səfərin mümkünlüyü barədə danışıb.
“Bu barədə məlumat vermək hələ tezdir. Yalnız onu deyə bilərəm ki, həqiqətən də Rusiya və Çin arasında müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə, kifayət qədər sıx səfər mübadiləsi qrafiki hazırlanır”, – prezidentin mətbuat katibi bildirib.
Bloomberg daha əvvəl yazmışdı ki, Rusiya lideri oktyabrda “Bir kəmər, bir yol” forumu üçün Çinə səfər edəcək. Agentliyin qeyd etdiyi kimi, Çin prezidenti Si Cinpinq daha əvvəl Putinin 2023-cü ilin sonuna qədər səfərinə ümid etdiyini bildirib.
Bu arada, iyulun 25-də Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Putin oktyabrda keçirilməsi planlaşdırılan “Bir kəmər, bir yol” forumuna dəvət alaraq payızda Çinə səfərə hazırlaşır.
Mənbə: Lenta.Ru
Aynur Camal