Putin Çinlə strateji tərəfdaşlığın səviyyəsini qiymətləndiribbackend

“Rusiya ilə Çin arasında tərəfdaşlıq münasibətləri görünməmiş yüksək səviyyədədir”.

“Yeni Gundem” xəbər verir ki, bu qiyməti Rusiya Prezidenti Vladimir Putin “Vahid Rusiya Partiyası – Çin Kommunist Partiyası” Dialoqunun iştirakçılarına təbrikində verib. Teleqram Kremlin saytında dərc olunub.

Rusiya lideri qeyd edib ki, iki dövlət arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri son dərəcə yüksək səviyyədədir. Onun sözlərinə görə, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə genişmiqyaslı birgə layihələr həyata keçirilir.

Putin qeyd edib ki, Rusiya və Çin təkcə ikitərəfli əsasda deyil, həm də ŞƏT, BRİKS və digər strukturlar formatlarında beynəlxalq problemlərin həllində səyləri əlaqələndirirlər.

Xatırladaq ki, oktyabr ayında Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində danışıqlar zamanı Rusiya prezidentini “köhnə dostu” adlandırmışdı. O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası və ÇXR-in mühüm diplomatik tədbirlərdə birgə iştirakı artıq yaxşı ənənəyə çevrilib.

Bundan əvvəl Vladimir Putin Rusiya və Çinin qarşılıqlı faydalı əməkdaşlıq istəyindən də danışmışdı.

Mənbə: Lenta.Ru

Aynur Camal