Putin: “Daha demokratik və sabit dünya nizamı qurmaq vacibdir”backend

“Qoşulmama Hərəkatı (QH) beynəlxalq məsələlərdə əhəmiyyətli rol oynayır, dövlətlərin bərabərliyi, suverenliyini və qanuni maraqlarına hörmət prinsiplərini ardıcıl şəkildə müdafiə edir. Qoşulmama Hərəkatı BMT Nizamnaməsinə uyğun olaraq konstruktiv çoxtərəfli dialoqun tərəfdarıdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley iclasının iştirakçılarına göndərdiyi təbrik teleqramında deyib.

“Bu gün dünyada vəziyyət daha da qarışdıqda və insanlıq artan təhlükə və çağırışlarla üzləşmək məcburiyyətində qaldıqda, Qoşulmama Hərəkatının müsbət potensialı xüsusilə tələb olunur. Bu nüfuzlu strukturun böhranlı vəziyyətlərin nizamlanması ilə aktiv məşğul olması, daha demokratik və sabit dünya nizamı qurmaq, dünya birliyi üzvləri arasında etimad və qarşılıqlı anlaşmanı gücləndirmək üçün kollektiv səylərə əhəmiyyətli töhfə verməsi vacibdir”, – V. Putin vurğulayıb.