Putin Davudova general-mayor rütbəsi verdibackend

Rusiya prezidenti Vladimir Putin Çeçenistan parlamentinin sədri Maqomed Davudova Daxili İşlər Nazirliyinin general-mayoru rütbəsinin verilməsi haqqında fərman imzalayıb. Yenisabah.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.

Onun sözlərinə görə, parlamentdəki “məhsuldar fəaliyyətlə” yanaşı, Davudov Ukraynada hərbi əməliyyatlar üzrə yerli qərargahın işinə “bacarıqlı və səmərəli” nəzarət edir.

“O, Çeçenistan Respublikasından olan hərbi qulluqçuların və təhlükəsizlik qüvvələrinin lazımi forma, döyüş sursatı, avadanlıqla təmin edilməsinə yönəlmiş geniş spektrli məsələlərlə yanaşı, qərargah könüllülərin hazırlanması və göndərilməsinə də cavabdehdir”, – deyə Ramzan Kadırov yazıb.

Davudov Çeçenistanın ilk prezidenti Axmat Kadırovun təhlükəsizlik xidmətində işləyib. Bundan əlavə, o, Daxili İşlər Nazirliyinin polis batalyonuna komandirlik edib, Çeçenistan OMON-un qərargah rəisi və Şali rayonunun daxili işlər şöbəsinin rəisi olub.