“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri fevralda baş tutacaq”, onun beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Bəli, səfər hazırlanır” deyən Uşakov bu səfərin fevralda baş tutub-tutmayacağına dair aydınlaşdırıcı suala müsbət cavab verib.
Daha əvvəl Ankaradakı diplomatik mənbə RİA Novosti-yə bildirib ki, prezident Putinin Türkiyəyə səfəri təxminən fevralda baş tuta bilər, lakin vəziyyət Türkiyə və Rusiya liderlərinin qrafikindən asılı olacaq.
Putin bundan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ilin əvvəlində görüşməyi planlaşdırdığını açıqlasa da, Türkiyə prezidentinin qrafikinə görə liderlər görüşə bilməmişdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, Kreml iki prezidentin görüşünün vaxtını dərhal açıqlayacaq.
Mənbə: mail.ru
Aynur Camal