Putin G20 liderlərinin sammitində iştirak etməyəcəkbackend

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, bu il Hindistan 9-10 sentyabr tarixlərində prezidentlik dövründə keçiriləcək G20 Liderlər Sammitində iştirak edə bilməyəcək.

“Yeni Gundem” xəbər verir ki, prezidenti Putin bu il G20 sammitinə ev sahibliyi edəcək Hindistanın baş naziri Narendra Modi ilə dünən telefonla danışıb.

Görüş zamanı Putin G20 Sammitində iştirak edə bilməyəcəyini və onun yerinə xarici işlər naziri Sergey Lavrovu təyin edəcəyini bildirib. Rusiya rəhbərliyindən verilən açıqlamada Putinin G20 Liderlər Zirvəsinə qatılmamasının səbəbi yer almayıb.

Bəyanatda liderlərin iki ölkə arasında sıx əməkdaşlıq haqqında razılığa gəldiyi vurğulanıb. Hindistan rəhbərliyindən verilən açıqlamada Modinin Putinin sammitə qatılmamaq qərarını anladığı qeyd edilib.

Bəyanatda deyilir ki, iki lider “ortaq regional və qlobal məsələləri” müzakirə ediblər.

Hindistanın ev sahibliyi ilə keçiriləcək G20 Liderlər Zirvəsi 9-10 sentyabr tarixlərində keçiriləcək.

Putin, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hərbi cinayətlərin istintaqı çərçivəsində həbs qərarına əsaslanaraq, avqustun 24-də Cənubi Afrikanın Yohannesburq şəhərində videokonfrans vasitəsilə keçirilən BRİKS sammitində iştirak edib.

Rusiya hökumətinin sözçüsü keçən həftə Putinin “işgüzar qrafiki” səbəbindən G20 sammitində iştirak edə bilməyəcəyini bildirmişdi.

Mənbə: TRThaber

Aynur Camal