Putin həlak olmuş nazirə “Rusiya Qəhrəmanı” adını verdibackend

Rusiya Prezidenti Vladimir Putin dünən təlimlər zamanı həlak olmuş fövqəladə hallar naziri Yevgeni Ziniçevi təltif edib.

“Yeni Gündəm”xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat Xidməti yayıb. Bildirilir ki, Putin Ziniçevə ölümündən sonra “Rusiya Qəhrəmanı” adı verib.

Qeyd edək ki, Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev dünən Norilskdə təlimlər zamanı suya düşən rejissor Aleksandr Melniki xilas etmək istərkən həlak olub.